Dünyada son sutka ərzində 348 281 nəfər koronavirusa yoluxub, 7 807 nəfər ölüb. 
 
RePost.Az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.
 
Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 114 428 211 yoluxma hadisəsi, 2 543 755 ölüm faktı qeydə alınıb.
 
Son 24 saat ərzində yoluxmanın 48 faizdən çoxu Avropanın (167 303) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (114 932) ilə Cənub-Şərqi Asiya (33 299) bölüşür.

Baxış sayı: 3200 | Tarix: 04.03.2021
Bizi Telegramda izləyin: @repostaz