Türkiyənin şərqində, 4 Mart Cümə axşamı günü baş verən hərbi helikopterin qəzası nəticəsində həlak olan general Osman Ərbaş Bayraktar döyüş dronlarının yaradılmasının təşkilatçılarından olub.
 
RePost.Az-ın məlumatına görə, bu barədə Türkiyə Prezidenti Ərdoğanın kürəkəni, Türk dronlarinı istehsal edən şirkətin sahibi Səlcuq Bayraktar Telegram kanalında yazıb. O quru qoşunlarının 8-ci korpusunun komandiri olan generalla dostluğunun on ildən çox davam etdiyini vurğulayıb.
 
Həmçinin general Ərbaşın İkinci Qarabağ müharibəsində Azərbaycana uğur qazandıran  strategiyanın müəlliflərindən biri olduğu bildirilir. 
 
Xatırladaq ki, helikopter qəzasında ümumilikdə 11 hərbçi şəhid olub.

Baxış sayı: 2934 | Tarix: 05.03.2021
Bizi Telegramda izləyin: @repostaz