Bu gün Azərbaycanda vaksinasiya olunanların sayı 28 600 nəfər olub.
 
RePost.Az-a bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.
 
Bildirilib ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23 891, ikinci mərhələdə isə bu rəqəm 4 709 nəfər təşkil edib.
 
Bu günə qədər Azərbaycanda ümumilikdə 1 271 781 ədəd vaksin vurulub.
 
Ölkə üzrə ümumilikdə birinci mərhələdə peyvənd olunanların sayı 837 304 nəfər təşkil edib. İkinci mərhələdə isə bu rəqəm 434 487 olub.

Baxış sayı: 2573 | Tarix: 15.04.2021
Bizi Telegramda izləyin: @repostaz