Bu gündən Gürcüstanda yeni növ koronavirusun (COVID-19) yayılmasının qarşısını almaq məqsədi ilə ölkə miqyasında tətil elan edilib. 
 
RePost.Az xəbər verir ki, müvafiq qərar Gürcüstan Baş nazirinin rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Kordinaisya Şurası tərəfindən qəbul edilib. 
 
Qərara əsasən, tətil mayın 11-dək davam edəcək. Hökumət bu müddət ərzində dövlət və özəl müəssisələrə distant qaydada fəaliyyət göstərməyi tövsiyə edib.
 
Qeyd edək ki, Gürcüstanda mayın 3-dən 12-dək ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.
 
Məhdudiyyət şəhərlərarası sərnişin daşımalarına şamil edilməyib.

Baxış sayı: 3390 | Tarix: 04.05.2021
Bizi Telegramda izləyin: @repostaz