Cari il Ermənistanda miqrasiya artımının görünməmiş göstəricisi qeydə alınıb – 2021-ci ilin 5 ayı ərzində ölkədən gedənlərlə gələnlərin sayı arasında fərq 88 854 nəfər təşkil edib.
 
RePost.Az Reporta-a istinadən xəbər veriri ki,  Ermənistan mediasında yayılan məlumata görə bu barədə İctimai Şuranın Miqrasiya məsələləri üzrə Komissiyasının sədri, miqrasiya məsələləri üzrə ekspert Qaqik Yeqanyan bildirib.
 
"Səbəblərin müəyyənləşdirilməsi üçün ətraflı tədqiqat aparmaq lazımdır. Amma görünür, miqrasiya əhval-ruhiyyəsi geniş artıb. Bizdə azı 25 il ərzində analoji mənzərə olmayıb", - o deyib.
 
Beləliklə, rəsmi məlumatlara əsasən 2021-ci ilin yanvar-mart aylarında ölkəni 63 713 nəfər həmişəlik tərk edib. Apreldə bu göstərici hələ 16 827 nəfər artıb, mayda isə 8 314 nəfər təşkil edib. Beləliklə, ilin birinci 5 ayı ərzində sərnişin axınının mənfi saldosu artıq 90 000-ə yaxınlaşıb.
 
Ekspertin müşahidəsinə görə, bu göstərici cəmiyyət arasında mənfi - müharibə, köçürülmə, ağır ictimai durum, sabaha etibarsızlıq və s. əhval-ruhiyyəni göstərir.

Baxış sayı: 2915 | Tarix: 13.06.2021
Bizi Telegramda izləyin: @repostaz