Ermənistanda seçki prosesi qara piarla başlayıb.
 
RePost.Az xəbər verir ki,bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
 
Belə ki, paytaxt İrəvan ərazisindəki inzibati rayonların birində seçicilər seçki məntəqələrinə yollanarkən “Ermənistan” blokunun lideri Robert Koçaryanın əleyhinə vərəqələrlə qarşılaşıblar.
 
Küçələrə səpələnmiş yüzlərlə vərəqədə Robert Koçaryanın şəkli olub və üzərində “ermənilərin qatili” yazılıb.
 

Baxış sayı: 3827 | Tarix: 20.06.2021
Bizi Telegramda izləyin: @repostaz