Səhiyyə işçilərinə elmi dərəcələrə və elmi adlara görə əlavələr ödəniləcək.
 
RePost.Az xəbər verir ki, bu, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na edilən dəyişiklikdə əksini tapıb.
 
Səhiyyə işçilərinə bilavasitə ixtisası üzrə çalışdıqları hallarda, elmi dərəcə və elmi adlara görə aşağıdakı məbləğlərdə əlavələr ödəniləcək:
 
elmlər doktoru elmi dərəcəsinə görə - 80 manat;
 
fəlsəfə doktoru elmi dərəcəsinə görə - 40 manat”.

Baxış sayı: 1205 | Tarix: 13.07.2021
Bizi Telegramda izləyin: @repostaz