Kərbəla döyüşü və ya Kərbəla hadisəsi - 10 oktyabr 680-ci ildə bu günkü Kərbəla şəhəri yaxınlığında İslam peyğəmbəri Məhəmmədin nəvəsi Hüseyn ibn Əli ilə Əməvi xəlifəsi I Yəzid arasında hakimiyyət uğrunda baş vermiş döyüşdür. Bu döyüş İslam aləmində, xüsusən şiə və Ələvilikdə dini önəm daşıyır. Məhəmmədin qızı Fatimənin Əli bin Əbu Talibdən olan oğlu Hüseynin öldürülməsi, şiə ölkələrində, xüsusilə də İran və onun təsir dairəsində olan ölkələrdə hər il Aşura günü adı ilə qeyd olunur. Əksər ərəb ölkələrində isə bu günlə bağlı heç bir anım tədbiri keçirilmir. 
 
RePost.Az tarixi qaynaqlara istinad edərək xəbər verir ki, Məhəmməd peyğəmbərin 632-ci ildə vəfat etməsindən sonra xilafətin kim tərəfindən idarə olunması məsələsi gündəmə gəlir. Müsəlmanların böyük qismi haqlı olaraq əvvəlcə Əbu Bəkrin xəlifə təyin olunmasını istəyirdilər. Çünki dövrünün ən zəngin tacirlərindən olan Əbu Bəkr ilk gündən Məhəmməd Peyğəmbərin yanında idi və bütün sərvətini onun ideologiyasının, yəni İslamın yayılmasına və tayfa və qəbilələrdən ibarət olan ərəblərin vahid bir bayraq altında birləşməsinə sərf etmişdi.  
 
Amma müsəlmanların az bir qismi Əli bin Əbu Talibin Məhəmməd peyğəmbərlə qohumluğunu və uşaqlıqdan onun evində böyüməsini, həmçinin, Qədir-Xum hadisəsini əsas gətirərək, ilk xəlifənin Əli olmasını tələb edirdilər. Əksər müsəlmanlar isə Əlinin xəlifə təyin edilməsinə qarşı çıxırdı. Ona qarşı səsləndirilən əsas fikirlərdən biri Əli bin Əbu Talib xəlifə təyin olunana qədər özündən əvvəlki digər üç xəlifədən fərqli olaraq, heç bir döyüşdə iştirak etməməsi idi. Bununla onun özündən əvvəlki xəlifələri inkar etdiyi iddia olunurdu. lakin İslam qaydalarına uyğun olaraq ədalətli bir qərar qəbul edilir və səsvermnə yolu ilə Əbu Bəkr Məhəmməd peyğəmbərdən sonra xəlifə təyin edilir. Ondan sonra isə isə Ömər ibn Xəttab, Osman ibn Əffan xəlifə seçilir.
 
Osman ibn Əffan 656-cı ildə öldürüldükdən sonra Əli bin Əbu Talib xəlifə təyin olunur. Osman ibn Əffanın tərəfdarları bunu tələsik addım hesab edərək, öncə qatillərin tapılmasını tələb edirlər. Qatilin tapılmasının yubanması İslam dünyasında ilk fikir ayrılığına səbbə olur. Xilafətdə iki böyük siyasi güc formalaşır. Bir tərəfdə Əli bin Əbu Talibin digər tərəfdə isə Əməvilərin nümayəndələri bir-birlərinə qarşı mübarizə aparırlar. Əli bin Əbu Talib 661-ci ildə Xaricilərdən olan Əbdülrəhman ibn Məlumun sui-qəsti nəticəsində öldürülür. Hakimiyyət I Müaviyənin əlinə keçir.
 
680-cı ildə I Müaviyənin vəfatından sonra oğlu I Yəzid xəlifə təyin olunur. I Yəzid xəlifə təyin olunan kimi Əli bin Əbu Talibin zamanından başlayaraq siyasi çəkişmələr nəticəsində parçalanaraq zəifləyən Xilafəti vahid bayraq altında birləşdirməyi qarşısına məqsəd qoyur və Mədinə şəhərinin valisinə məktub göndərir. Məktubda Yəzid şəhər valisinin İmam Hüseynə deyil, ona tabe olmasın tələb edir. Vəziyyətin gərgin olduğu bu dövrlərdə İmam Hüseyn Kufə və Mədinə əhalisindən onu dəstəklədilərini bildirən məktublar alırdı. İmam Hüseyn Kufədə onu böyük bir kütlənin dəstəklədiyini və hakimiyyəti ələ keçirəcəyi halda, xalqın tam dəstəyinə sahib olaçağını düşünürdü. İmam Hüseyn 72 nəfər tərəfdarı ilə birlikdə Kufə istiqamətində yola çıxır. Hədəfi İslam dünyasının xəlifəsi seçilmək və xilafəti düzgün şəkildə idarə etmək idi. İmam Hüseyn 72 nəfər tərəfdarı ilə irəliləyərkən I Yəzidin 4.500 nəfərlik ağır silahlarla silahlanmış qoşunu ilə qarşılaşır. Tərəflər arasında yaşanan döyüşdə İmam Hüseyn başda olmaqla 72 nəfər şəhid edildi. İmam Hüseynin sağ qalan ailə üzvüləri və tərəfdarları isə əsir alınır.
 
Şiə və Ələvilik məzhəblərində bu hadisə böyük önəmə sahibdir. Şiəliyə görə Əli bin Əbu Talibdən sonra İmam Həsən sonra isə İmam Hüseyn xəlifə təyin olunmalı və ona hörmət göstərilməli idi. Şiəlikdə İmam Hüseynin özü və ailə üzvülərinin şəhid edilməsi hər ilk keçirilən müxtəlif mərasimlərdə xatırlanır. Bu mərasimlərdən ən mühümü isə Məhərrəm ayının 10-u keçirilən Aşura günüdür. Sünni məzhəbində Kərbəla döyüşündə şəhid olan şəxslər üçün dini tədbirlər keçirlmir. Ancaq, Sünnilikdə İmam Hüseynin öldürülməsi lənətlənir. Sünni mənbələrində İmam Hüseyn Məhəmməd peyğəmbərin nəvəsi və IV xəlifə Əli bin Əbu Talibin sevilmli oğlu kimi göstərilir. Onun I Yəzid tərəfindən amansız şəkildə şəhid edilməsi, İslam qaydalarına zidd olduğu vurğulanır. İslam dinində olan məzhəblərin hamısında, Kərbəla hadisələrinə toxunulur. Bütün məzhəblər peyğəmbər nəslindən olan İmam Hüseynin şəhid edilməsini böyük günah hesab edilir.
 
Amma  heç də hamısı, Kərbəla ilə bağlı müxtəlif dini tədbirlər təşkil etmirlər. Aşura günündə İran mollallarının təşkil etdiyi və yaydıqları rituallara gəlincə, bunun xristianlıqdan qaynaqlandığı bildirilir.  
 
Tatrixi qaynaqlara görə, xristianlar hər il İsa Peyğəmbərin çarmıxa çəkildiyi gün ona verilən işgəncəni xalqa göstərmək və gələcək nəsillərə ötürtmək üçün səhnəciklər təşkil edərlərmiş. Sonradan isə farslar bunu şiəliyə inteqrasiya edərək, guya Əlinin oğlu Hüseynin Yəzid tərəfindən işgəncə ilə öldürülmsəinə dair fikir formalaşdırmağa şalışıblar. Lakin tarixdən də bəllidir ki, Hüseyn heç də işgəncəyə məruz qalmayıb. O qeyri-bərbər döyüşdə həlak olub. 

 

Baxış sayı: 4264 | Tarix: 19.08.2021
Bizi Telegramda izləyin: @repostaz