Marketdən oğurluq edərkən tutlan 13 yaşlı qızın hamilə olduğu ortaya çıxıb.

RePost.Az xəbər verir ki, hadisə Türkiyənin Adana şəhərində baş verib.

Məlumata görə, 13 yaşlı qız qohumları ilə marketə gəlib. Oğurluq etmək istəyən qadınları görən market işçiləri polisə xəbər verib.

Polis bölməsinə aparılan qızın ifadəsi zamanı məlum olub ki, 12 yaşında olarkən  Ş.B. adlı bir adamla evlənib və hamilə qalıb. Qohumlarının hamısının kiçik yaşda evləndiyini deyən A.M onların ailəsində bunun bir ənənə olduğunu bildirib.

Yaşı az olduğu üçün həbs edilməyən  A.M uşaq evinə yerləşdirilib. Polis 16 yaşlı "ər"- Ş.B-nin axtarılarına başlayıb.


Baxış sayı: 3067 | Tarix: 22.02.2017
Bizi Telegramda izləyin: @repostaz