Ermənistan mətbuatında Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən sərhədyanı ərazilərdəki otlaq sahələrinin qəsdən yandırılması barədə yayılan məlumatlar bu ölkənin rəsmilərinin növbəti yalanıdır və böhtan xarakteri daşıyır.
	 
	Bu barədə RePost.Az-a Müdafiə Nazirliyindən bildirilib.
	 
	"Bir daha bildiririk ki, bu tip məlumatlar əsasızdır və Azərbaycan Ordusu ilə heç bir əlaqəsi yoxdur", - deyə nazirliyin yaydığı açıqlamada qeyd edilib.