Dövlət Sərhəd Xidmətində (DSX) kadr təyinatı olub.
	 
	RePost.Az-ın əldə etdiyi məlumata görə, bununla bağlı DSX-nin rəisi general-polkovnik Elçin Quliyev əmr imzalayıb.
	 
	Əmrə əsasən, polkovnik-leytenant Rəşad Məşədiyev qurumun Mətbuat Mərkəzinin mətbuat katibi vəzifəsinə təyin edilib.
	 
	DSX-nin Mətbuat Mərkəzi “Report”a faktı təsdiqləyib.