Rusiya Prezidenti Vladimir Putin və onun iranlı həmkarı İbrahim Rəisi arasında telefon danışığı baş tutub.
 
RePost.Az-ın xəbərinə görə, Şanxay Əməkdaşlıq Təşkilatının sentyabrın 17-də Düşənbədə keçiriləcək sammitində İran Prezidentinin müşahidəçi qismində iştirakı nəzərə alınaraq bu təşkilat çərçivəsində işin aktual məsələləri müzakirə edilib.
 
Müxtəlif sahələrdə Rusiya-İran əlaqələrinin möhkəmlənməsinə qarşılıqlı münasibət təsdiqlənib.
 
Xüsusən ticari-iqtisadi əlaqələrin uğurla inkişaf etdiyi bildirilib, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə yaxşı qarşılıqlı əlaqələrin olduğu vurğulanıb.
 
Rusiya və İran liderləri beynəlxalq gündəlikdə duran bir sıra məsələlərə toxunublar, o cümlədən İranın nüvə proqramına dair Hərtərəfli Birgə Fəaliyyət Planı ətrafında fikir mübadiləsi aparıblar.
 
Təmasların davam etdirilməsi razılaşdırılıb.

Baxış sayı: 3561 | Tarix: 14.09.2021
Bizi Telegramda izləyin: @repostaz