Rusiya Prezidenti Vladimir Putin ətrafında onlarla insanın yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxduğunu bildirib.
 
APA-nın Moskva müxbirinin xəbərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitinə videokonfrans vasitəsilə qatılan V. Putin nə üçün özünütəcrid rejiminə keçdiyi barədə danışıb.
 
“Bilirsiniz, təəssüflər olsun ki, son anda Düşənbəyə səfərdən imtina etmək məcburiyyətində qaldım. Buna səbəb yaxın ətrafımda koronavirusa yoluxma hallarının müəyyən edilməsidir. Bu, bir deyil, iki deyil, onlarla adamdır”, - deyə Rusiya Prezidenti vurğulayıb.
 
V. Putin hələ bir neçə gün özünütəcrid rejiminə riayət edəcəyini qeyd edib.
 
Rusiya dövlət başçısı tədbirdə şəxsən iştirak edə bilmədiyi üçün üzr istəyib.

Baxış sayı: 4644 | Tarix: 16.09.2021
Bizi Telegramda izləyin: @repostaz