“İnşallah, 2022-ci ildə “Bayraktar TB3” pilotsuz uçuş aparatı (PUA) ilk uçuşunu keçirəcək”.
 
RePost.Az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar deyib.
 
“2023-cü ilə qədər pilotsuz döyüş təyyarəsi ilə bağlı layihəni reallaşdırmağı hədəfləyirik”, - deyə S. Bayraktar vurğulayıb.
 
O, Azərbaycanın “Tək Vətən Hərəkatı”nda istifadə edilən “Bayraktar TB2”-lərin müharibənin doktrinasını dəyişdirdiyini də xatırladıb.
 

Baxış sayı: 2041 | Tarix: 22.09.2021
Bizi Telegramda izləyin: @repostaz