Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili ölkəsinə qayıdıb.
 
RePost.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Saakaşvili "Faceebok" hesabında bildirib. 
 
"Sabahın xeyir, Gürcüstan! Artıq 8 il sonra Gürcüstanda", - eks prezident qeyd edib.
 
Gürcüstanın Daxili İşlər Nazirliyi M. Saakaşvilinin ölkəyə qayıtması xəbərini nə təsdiq, nə də inkar edib.
 
M. Saakaşvili daha əvvəl oktyabrda yerli özünüidarə orqanlarına keçiriləcək seçkilərlə əlaqədar vətəninə qayıtmaq niyyətində olduğunu bildirmişdi. O, Gürcüstanda daxili axtarışa verilib və barəsində bir neçə cinayət işi üzrə istintaq aparılır. Gürcüstan hakimiyyətinin nümayəndələri dəfələrlə sərhədi keçən kimi onu saxlayacaqlarını bəyan ediblər.
 

Baxış sayı: 1680 | Tarix: 01.10.2021
Bizi Telegramda izləyin: @repostaz