Marneulidə keçirilən yerli özünüidarəetmə seçkilərində hakim “Gürcü Arzusu”nun namizədi Kənan Ömərov 68.01 faiz səs çoxluğu ilə qalib gəlib.
 
RePost.Az-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatında qeyd olunub.
 
Marneuli üzrə seçki məntəqələrində səslərin sayılması tamamlanıb və ilkin nəticələrə əsasən, hakim partiyanın namizədi minimum 50 faiz seçki baryerini keçərək ilk turdan qalib olub.
 
Hakim partiyanın həmçinin azərbaycanlıların yığcam yaşadığı Qardabani, Dmanisi və Bolnisi bələdiyyələrində də qalib gəldiyi bildirilir.

Baxış sayı: 3371 | Tarix: 03.10.2021
Bizi Telegramda izləyin: @repostaz