Ekologiya və Təbii Sərvətlər Nazirliyi sabah Azərbaycanda gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən REPOST.AZ-a verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq, şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Məlumata görə, noyabrın 27-də Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Bəzi yerlərdə zəif duman olacaq, şimal-qərb küləyi gündüz mülayim cənub-qərb  küləyi  ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 1-4°, gündüz  6-9° isti, Bakıda gecə 1-3°, gündüz 6-8° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  normadan yüksək, 769 mm civə sütunundan 765 mm civə sütununa enəcək.

Nisbi rütubət  gecə 75-85%, gündüz 60-70%  təşkil edəcək. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0-4° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

REPOST.AZ


Baxış sayı: 2464