Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı ölkə mətbuatının hərbçilərin Donbasda ilk dəfə Türkiyənin “Bayraktar” hücum pilotsuz təyyarəsindən istifadə etməsi ilə bağlı xəbəri təsdiqləyib.
 
RePost.Az-ın məlumatına görə, bu barədə qərargahın mətbuat mərkəzi “Facebook” yazıb.
 
“Oktyabrın 26-da Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı general-leytenant Valeri Zalujnının əmri ilə Birləşmiş Qüvvələr əməliyyatı aparılan ərazidə “Bayraktar” pilotsuz təyyarəsi kəşfiyyat - zərbə döyüş əməliyyatını həyata keçirib”, deyə məlumatda bildirilib.

Baxış sayı: 4378 | Tarix: 27.10.2021
Bizi Telegramda izləyin: @repostaz