Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciət edib.
 
Tokayev bu gündən Qazaxıstan Milli Təhlükəsizlik Şurasın sədri səlahiyyətlərini icra edəcəyini elan edib.
 
Tokayev tezliklə yeni təkliflər paketi ilə çıxış edəcəyini və hazırda paytaxt Astanada olduğunu da qeyd edib. O, istənilən halda paytaxtı tərk etməyəcəyini söyləyib.
 
Prezident Qazaxıstanda etirazlar zamanı asayiş keşikçiləri arasında qətlə yetirilən şəxslərin olduğunu söyləyib.
 
Qeyd edək ki, Nursulat Nazarbayev Prezident postundan istefa verdikdən sonra Milli Təhlükəsizlik Şurasına ömürlük sədr seçilmişdi.

Baxış sayı: 4074 | Tarix: 05.01.2022
Bizi Telegramda izləyin: @repostaz