İstefa verən Ermənistan prezidenti Armen Sarkisyan başqa ölkənin də vətəndaşı imiş.
 
APA TV xəbər verir ki, bu barədə Ermənistanın Hetq.am xəbər portal məlumat yayıb. Məlumata görə, sabiq prezident Sent-Kits və Nevis ölkəsinin də vətəndaşı olub.
 
Bu ölkə Karib hövzəsindəkı adalarda yerləşir.
 
Sarkisyan məsələ ilə bağlı bildirib ki, o, uzun illər əvvəl Sent-Kits və Nevisə sərmayə qoyub. Bu ölkə isə investisiya qarşılığında vətəndaşlıq verir.
 
Sabiq prezident iddia edir ki, ona xəbərdarlıq edilmədən vətəndaşlıq verilib. Bu barədə 2013-cü ildə məlumat alıb və vətəndaşlıqdan imtina edilməsi üçün sənədlərini hazırlayıb. Lakin 2017-ci ildə Sarkisyana prezident olmaq təklifi gələndə məlum olub ki, proses başa çatmayıb, çünki bu işi həvalə etdiyi şəxs ölübmüş.
 
Portal qeyd edir ki, bütün bunlar onu deməyə əsas verir ki, Sarkisyan başqa ölkənin də vətəndaşı olduğu üçün prezident seçilə bilməzdi. Buna görə də onun verdiyi bütün fərmanlar, təsdiqlədiyi qanunlar, təyinat əmrləri, keçirilən seçkilər, hətta baş nazirin təyin edilməsi belə qanunsuzdur.
 
Sarkisyan isə vətəndaşlığının dondurulmasını xahiş etdiyi andan özünü Sent-Kits və Nevisin vətəndaşı hesab etmədiyini deyib. Bu ittihamlardan sonra sabiq prezident böyük ehtimalla Ermənistana bir daha qayıtmayacaq. Çünki saxtakarlıq ittihamı ilə cinayət təqibinə alına bilər.

Baxış sayı: 3675 | Tarix: 25.01.2022
Bizi Telegramda izləyin: @repostaz