Mən 2 doza Sinovac və 3 doza Biontech peyvəndi vurmuşam. Peyvəndlərin təsirindən xəstəliyi yüngül formada keçirdim.
 
RePost.Az-ın xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
 
O qeyd edib ki, virusa yoluxduqdan 4-5 gün sonra koronavirus testinin nəticəsi neqativ olub və o artıq sağalıb. Ərdoğan, həmçinin, bazar ertəsi Birləşmiş Ərəb Əmirliklərinə səfərinin planlaşdırıldığını söyləyib.

Baxış sayı: 6525 | Tarix: 11.02.2022
Bizi Telegramda izləyin: @repostaz