Dəmir yolu reysləri üzərində innovativ taksi sistemi olan “ASAN Railway” layihəsi üzrə ilkin sınaqlar bu ilin sonunadək həyata keçiriləcək.
 
Bunu "APA-Economics"ə “İdrak Texnoloji Transfer” şirkətinin prezidenti Hikmət Abdullayev deyib.
 
Xatırladaq ki, “ASAN Railway” layihəsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu 2019-cu ilin sonunda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “Azərbaycan Dəmir Yolları” QSC və “İdrak Texnoloji Transfer” MMC arasında imzalanıb.
 
Hikmət Abdullayevin sözlərinə görə, son iki il ərzində pandemiya səbəbindən layihənin icrasında fasilə yarandı.
 
"Bu ilin sonuna nəzərdə tuturuq ki, öz tərəfimizdən hazırlanan sistemi təqdim edək və ilkin sınaq həyata keçirək",- deyə Hikmət Abdullayev qeyd edib.
 
Qeyd edək ki, “ASAN Railway” sərnişin daşınmasında ekoloji cəhətdən ən təmiz nəqliyyat vasitəsi olmaqla elektronika, robototexnika və internet həllərlə yüksək keyfiyyətli təhlükəsizliyi və istənilən yerə istənilən vaxtda çatma imkanını təmin edəcək.”.

Baxış sayı: 692 | Tarix: 26.05.2022
Bizi Telegramda izləyin: @repostaz