Azərbaycanda olduğu kimi İranda da Novruz bayramı təntənə ilə qeyd edilir. Qonşu ölkənin vətəndaşları bayramda "mükəmməl istirahət" etmək üçün Ermənistana üz tutur. Bu istirahətdən təkcə erməni mehmanxanaları deyil, erməni fahişələri də yaxşıca qazanc əldə edir.
 
RePost.Az-ın baku.ws-ə istinadən verdiyi məlumata görə, bu günlərdə Ermənistanda elit fahişələr gücləndirilmiş rejimdə işləyirlər. Qonşu ölkədən gələn kişiləri razı salmaq və asan qazanc əldə etmək istəyən erməni qadınlar hətta müştərilərinə "endirim" kampaniyaları təklif edir. 
 
Erməni fahişələr yerlilərə təklif olunan xidmətlə xaricdən gələn ərəb və farslara təklif olunan intim münasibətin qiymətinin fərqli olduğunu deyir. Belə ki, Yerevanda çalışan fahişələr həmvətənliləri ilə əlaqəyə girdiyi üçün 20 000 dram (55 dollar) tələb edir. Əcnəbilər üçün minimal qiymət isə 100 dollara bərabərdir. Fahişələr bayram ərəfəsində iki saata azı 300 dollar qazandıqlarını deyir.
 
RePost.Az

Baxış sayı: 3656 | Tarix: 13.03.2017
Bizi Telegramda izləyin: @repostaz