"Arvadım qızımı zorlayan şəxslə birgə yaşayır"
 
Antalyanın Manavqat Mahalında boşanma mərhələsində olduğu həyat yoldaşını tüfənglə təhdid edib zorla cinsi əlaqəyə girdiyi və çılpaq fotolarını çəkdiyi ittihamı ilə mühakimə olunan 38 yaşlı C.Y. haqqında 39 ilə qədər həbs cəzası istənilib.
 
RePost.Az Milli.Az-a istinadən xəbər verir ki, elektrik ustası olan C.Y. 30 yaşlı B.Y.Y.-ya qarşı bu hadisəni keçən ilin iyul ayında törədib.
 
Məhkəmədə ifadəsi alınan şübhəli C.Y. ittihamları qəbul etməyib:
 
"Hadisə günü evimə gəldi. Evimdə silah yoxdur. Öz razılığı ilə cinsi əlaqəyə girdik. Özünün istəyiylə də fotolarını çəkdim. Əvvəllər də belə istəkləri olurdu".
 
Həyat yoldaşının ilk evliliyindən olan qızını zorlayan A.B. ilə birlikdə yaşadığını iddia edən C.Y. "İlk yoldaşımdan olan 3 qızım var. Bu qızlarımdan biri A.B. tərəfindən cinsi istismara məruz qaldı. B.Y.Y. indi bu adamla birlikdə yaşayır" deyib. 
 
RePost.Az
 
Məhkəmə təxirə salınıb.

Baxış sayı: 2953 | Tarix: 13.03.2017
Bizi Telegramda izləyin: @repostaz