Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dördtərəfli görüşü planlaşdırılır.
 
RePost.Az xəbər verir ki, erməni KİV-lərində Paşinyanın gözlənilən görüşlə bağlı açıqlamaları yayılıb
"Biz Qarabağı Azərbaycandan qopara bilməyəcəyik. Sülh üçün Praqaya gedəcəm. Sülh gündəliyinin həyata keçirilməsi üçün məsuliyyəti üzərimə götürürəm. Mən təsdiq edirəm ki, biz sülh gündəliyinə sadiqik. Bu gündəliyin həyata keçirilməsi üçün parlament çoxluğunun və xalqın dəstəyini gözləyirəm”, - Paşinyan qeyd edib. 
 
Paşinyan Ermənistan və Azərbaycanın 8 dekabr 1991-ci il tarixli sənəd əsasında ərazilərin müəyyən edilməsi və tanınması məsələsində razılığa gəldiyini bildirib.
Ermənistan Baş Naziri ona qarşı irəli sürülən ittihamlara cavab verərək əvvəlki rəhbərləri günahlandırıb:
"Kimi günahlandırmaq istəyirlər? Ermənistan Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıbmı? Bəli, tanıyıb və onun müəllifləri Vardan Oskanyan və Robert Köçəryan, Serj Sarkisyan və Edvard Nalbandyan hakimiyyətə gəlmək üçün bunu şərt kimi qəbul ediblər. 
Robert Köçəryan da 1998-ci ildə hakimiyyətə gəlmək üçün ilkin şərt kimi Qarabağı danışıqlar prosesindən kənarlaşdırmışdı. Serj Sarkisyan masanın üzərinə kapitulyasiya kağızı qoyub getdi".
 

Baxış sayı: 3865 | Tarix: 05.10.2022
Bizi Telegramda izləyin: @repostaz