Azərbaycan Respublikasının Əməkdar artisti, Tünzalə Əliyeva vəfat edib.
 
Hər kəsin “Toppuş bacı” kimi tanıdığı T.Əliyeva uzun sürən ağır xəstəlikdən sonra 49 yaşında dünyasını dəyişib.
 
O, bu gün "Qurd Qapısı" qəbiristanlığında torpağa tapşırılacaq. Dəfn xərclərini Mədəniyyət Nazirliyi öz üzərinə götürüb.
 
Allah rəhmət etsin!
 

Baxış sayı: 17735 | Tarix: 23.01.2023
Bizi Telegramda izləyin: @repostaz