Zəlzələdə Türkiyə Ordusunun 3 hərbçisi şəhid olub.
Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.
Türkiyə müdafiə naziri Türkiyədə baş vermiş zəlzələnin dağıntılarını aradan qaldırmaq üçün axtarış-xilastemə qruplarını hazır vəziyyətdə gətirdiklərini açıqlayıb.
“Sağlamlıq və axtarış-xilasetmə qruplarını və onların maşınlarını zəlzələ bölgəsinə göndərmək üçün təyyarələrimizi səfərbər etdik. Təyyarələrimizin hazırlığını maksimum səviyyəyə çatdırdıq", – nazir vurğulayıb.