Azərbaycanın energetika naziri Natiq Əliyev Vyanaya səfərini ləğv edib.

Bu barədə REPOST.AZ-a Energetika Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, buna səbəb Vyanada keçirilməsi planlaşdırılan OPEK üzvlərinin və kartelə daxil olmayan ölkələrin görüşünün ləğv edilməsidir.

Ötən gün məlum olub ki, Səudiyyə Ərəbistanı görüşdə iştirak etməyəcək. Bu, toplantının ləğv edilməsinə səbəb olub.

 

REPOST.AZ


Baxış sayı: 2345 | Tarix: 26.11.2016
Bizi Telegramda izləyin: @repostaz