“Akkuyu” Atom Elektrik Stansiyası (AES) Türkiyə-Rusiya tarixində ən böyük ortaq layihədir.
 
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin “Akkuyu” Atom Elektrik Stansiyasının birinci reaktoruna nüvə yanacağının gətirilməsinə dair rəsmi mərasimində çıxışı zamanı bildirib.
 
O qeyd edib ki, “Akkuyu” qarşılıqlı iqtisadi maraq doğuran layihədir, iki ölkə energetika sahəsində əməkdaşlığı genişləndirir. Putinin sözlərinə görə, Rusiya Türkiyə ərazisi vasitəsilə öz təbii qazını üçüncü ölkələrə tədarük etmək niyyətindədir.
 
Putinin sözlərinə görə, "Akkuyu" dünyanın ən qabaqcıl təhlükəsizlik sistemi ilə təmin edilib.
 
“Bu sadəcə AES inşası deyil, həm də yeni sahənin, iqtisadi sektorunun təməlinin qoyulmasıdır. Türkiyə “Akkuyu”nun işə salınması ilə dünyanın ən ucuz enerjisini əldə etmiş olacaq”, - o deyib.
 
Putin, həmçinin əlavə edib ki, Rusiya Türkiyəyə infrastruktur inşaat materialları ixrac etməyi planlaşdırır.

Baxış sayı: 10534 | Tarix: 27.04.2023
Bizi Telegramda izləyin: @repostaz