Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "CNN Türk"ün canlı yayımında açıqlamalar verib.
 
O, rekord iştirak faizinə görə seçicilərə təşəkkür edib.
 
“Rekord iştiraka görə vətəndaşlara təşəkkür etmək istərdim. Türkiyəmizə yaraşan böyük bir demokratiya ziyafəti yaşadıq. Bu, bəlkə də dünyada unikal bir haldır. 90 faizə qədər iştirak qeydə alındı. Siyasi fəallığı artırdıqları üçün bütün siyasi partiyalara, namizədlərə, media orqanlarına və təhlükəsizlik qüvvələrinə də təşəkkür etmək istəyirəm. Yeni dönəmdə deputat seçilənlərə təşəkkürümü bildirirəm. 27 milyondan çox səs topladıq. Səslərin 49 faizindən çoxunu aldıq. Xalqımız Məclisdəki 322 yeri "Cümhur İttifaqı"na verdi”, - Ərdoğan bildirib.
 
O, qeyd edib ki, yeni hökumətdə heyət dəyişikliyi gözlənilir.
 
“Mayın 29-da çox fərqli bir sabaha oyanacağıq. İlk mərhələdəki yol xəritəsini dəqiq tətbiq edəcəyimizi deyə bilmərəm. Zəlzələ bölgəsinə ziyarəti yalnız bu həftə sonu edəcəyik. Hazırkı Nazirlər Kabinetimiz böyük bir sınaqdan çıxıb, amma yeni dövr bəlkə bir az fərqli olacaq. Biz bunun üzərində işləyirik. Biz mövcud çatışmazlıqlarımızı aradan qaldıraraq yeni kabinetlə davam etmək niyyətindəyik”, - deyə dövlət başçısı vurğulayıb.

Baxış sayı: 12434 | Tarix: 17.05.2023
Bizi Telegramda izləyin: @repostaz