Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 78-ci sessiyasında iclasında iştirak etmək məqsədilə ABŞ-a səfər edəcək.
 
Səfərin 17-21 sentyabr tarixlərində həyata keçiriləcəyi nəzərdə tutulub.
 
Qeyd olunur ki, Türkiyə Prezidenti Baş Assambleyada dünya liderləri qarşısında çıxış edəcək. Türkiyə liderinin islamofobiya, qaçqınların vəziyyəti, iqlim dəyişikliyi, Kipr problemi, Rusiya-Ukrayna müharibəsindəki son vəziyyət və taxıl nəqli kimi mövzularda mühüm mesajlar verəcəyi gözlənilir.
 
Xatırladaq ki, Baş Assambleya 1945-ci ildə yaradılıb və BMT-nin əsas məsləhətçi, siyasət və nümayəndəlik orqanıdır, ona BMT-nin 193 üzvünün hamısı daxildir. Assambleyanın əsas iclası hər ilin sentyabr-dekabr aylarında keçirilir.
Bundan əlavə, Türkiyə Prezidenti sentyabr ayında G20 liderlər zirvəsində iştirak edəcək. Sammit çərçivəsində ikitərəfli münasibətlərlə yanaşı, regional və qlobal problemlər də müzakirə olunacaq.

Baxış sayı: 9242 | Tarix: 28.08.2023
Bizi Telegramda izləyin: @repostaz