Türkiyə xarici işlər naziri Hakan Fidan sabah Rusiya müdafiə naziri Sergey Şoyqu ilə görüşəcək.
 
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransı zamanı bildirib.
 
O, həmçinin həmkarı Sergey Lavrovla görüşü zamanı Krım tatarlarının vəziyyətini də müzakirə etdiyini qeyd edib.

Baxış sayı: 10401 | Tarix: 31.08.2023
Bizi Telegramda izləyin: @repostaz