Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiyaya səfər edib.
 
Türkiyə liderinin təyyarəsi Soçinin hava limanına enib.
 
Qeyd edək ki, Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Soçiyə səfər edib.
 
Moskva vaxtı ilə saat 13:00-da Putin-Ərdoğan danışıqları başlayıb.
 
Tərəflər regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
 
“Regionda təhlükəsizliyin təmin olunması baxımından danışılası məsələlər var. Əlbəttə ki, Ukrayna böhranı ilə əlaqədar məsələlərə diqqət yetirəcəyik. Bilirəm ki, “taxıl sazişi” məsələsini qaldırmaq niyyətindəsiz. Biz bu məsələ ilə bağlı danışıqlara açığıq”, deyə Putin qeyd edib.
 
Putinin həmçinin qeyd edib ki, Ərdoğanın sayəsində Rusiya və Türkiyə arasında münasibətlərin inkişaf tempi qorunub saxlayır.
 
“Bildirmək istəyirəm ki, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi ötən il 86 faiz artıb. Bu ilin birinci yarısında müsbət trend saxlanılır. Bu, ötən ilki kimi güclü olmasa da, müsbətdir. Üstəlik münasibətlər diversifikasiya olunur. Təkcə ənənəvi əməkdaşlığımızın olduğu energetika, kənd təsərrüfatı sahələri deyil, digər istiqamətlər də inkişaf edir. Bu, məni çox sevindirir. Ümid edirəm ki, biz yaxın vaxtlarda “qaz hab”ının yaradılması ilə bağlı danışıqları yekunlaşdıracağıq. Bu regionda energetika sahəsindəki vəziyyəti daha stabilləşdirəcək, balanslaşdıracaq. Mənə elə gəlir ki, bu, Türkiyənin kənd təsərrüfatının xeyrinə olacaq. Türkiyəli istehsalçılarının kənd təsərrüfatı məhsullarının Rusiya bazarına ixracını genişləndirmişik. İxracat çox yaxşı həcmdədir. Metallurgiya sənayesi sahəsində də münasibətlər inkişaf edir və bu yaxşı perspektivə malikdir. Energetika sahəsində də əminliklə hərəkət edirik. Hər iki tərəfdən əsas ixracatçı və istehlakçılar arasında razılıq əldə olunub. Akkuyu AES-in tikintisi davam edir. Rusiya nüvə yanacağının ilk partiyasını çatdıranda sonra Türkiyə sözün həqiqi mənasında nüvə dövlətləri beynəlxalq klubunun üzvünə çevrilib. Hər şey plan üzrə gedir. Gələn il, biz AES-in ilk blokunu işə salırıq”, - deyə Putin qeyd edib.
 
Prezidentlər Suriya məsləsinə də toxunublar.
 
Putin deyib ki, Rusiya Türkiyə ilə birlikdə Suriyadakı vəziyyətin nizamlanması üçün çox şey edib.
 
“Mən Suriya məsələsinin Türkiyə üçün nə qədər həssas olduğunu bilirəm”, - deyə Rusiya lideri Suriya nizamlanması ilə bağlı Ankara ilə birlikdə Astana formatında aparılan danışıqların faydasından danışıb.
 
Putin qeyd edib ki, regionun digər ölkələri, Liviya treki və ikitərəfli və beynəlxalq xarakterli bir çox məsələlər Ərdoğanla danışıqların diqqət mərkəzində olacaq.
 
 

Baxış sayı: 9641 | Tarix: 04.09.2023
Bizi Telegramda izləyin: @repostaz