Ötən gün vəfat edən Milli Məclisin deputatı Qənirə Paşayeva ilə Heydər Məscidində mərhumla vida mərasimi keçirilib. Mərasimdə millət vəkilinin ailə üzvləri yaxınları və bir sıra dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
Qənirə Paşayevanın cənazəsi namazı qılındıqdan sonra İkinci Fəxri Xiyabanda dəfn ediləcək.
 
Qeyd edək ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva sentyabrın 28-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.
 
Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.Millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Baxış sayı: 18343 | Tarix: 29.09.2023
Bizi Telegramda izləyin: @repostaz