Qırğızıstan Dövlət Təhlükəsizlik Xidməti dünən Sank-Peterburqda metroda terror aktı törətməkdə şübhəli sayılan şəxsin adını açıqlayıb.
 
 
RePost.Az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, terror aktının 1995-ci ildə Qırğızıstanın Oş vilayətində anadan olmuş, hazırda Rusiya vətəndaşı olan Akberjon Cəlilov tərəfindən törədildiyi ehtimal edilir.
 
Hazırda Qırğızıstan Dövlət Təhlükəsizlik Xidmətinin Oşdakı müvafiq strukturları Ə. Cəlilovla bağlı bütün məlumatları, əlaqələri araşdırır. 
 
RePost.Az

Baxış sayı: 3409 | Tarix: 04.04.2017
Bizi Telegramda izləyin: @repostaz