Rusiyanın Sankt-Peterburq şəhərində metroda törədilmiş terror aktı nəticəsində yaralanmış 20 yaşlı azərbaycanlı Əliyeva Dilbarə xəstəxanada dünyasını dəyişib.
 
Sankt-Peterburq Dəmiryolu Universitetinin tələbəsi olan Dilbarənin ölüm xəbəri onun sosial şəbəkə təqibçilərini hüzünə boğub.
 
Milli.Az xəbər verir ki, mərhumun şəxsi fotolarının altına Dilbarənin ölüm xəbərinə təsirlənən dost-tanışları ürəkparçalayan şərhlər yazıblar.
 
Onlardan bir neçəsini təqdim edirik:
 
- "Niyə axı sən? Buna inana bilmirəm! Mən səni çox sevirəm! Allah o dünyanı versin, mələyim".
 
- Allah rəhmət eləsin... Valideynlərinə səbr diləyirəm. Şəklinə baxırıq və eşidirk ki, o, artıq həyatda yoxdur.
 
- Can, bala. Çox üzüldüm, qışqırmağım gəlir. Lənət olsun terrora. Məkanın cənnət olsun!"

Baxış sayı: 4489