Gürcüstanda məşhur olan “Adjara Group Hospitality” (Adjara qonaqpərvərlər qrupu) yeni “Aviator” aviataksilərin istismarına başlayıb. Yeni aviataksilər həm daxili, həm də beynəlxalq reyslər həyata keçirəcək.

RePost.Az-ın  AZƏRTAC-a istinadən verdiyi məlumata görə, “Beechcraft king Air C90 GTx” taksi təyyarələri Tbilisi beynəlxalq aeroportundan Gürcüstanın bütün yerli aeroportlarına, eləcə də Bakı, Yerevan, İstanbul, Trabzon və digər regionlara uçuşlar həyata keçirəcək. Kompaniya gələcəkdə reyslərin sayının artırılmasını və yeni təyyarə parkının yaradılmasını nəzərdə tutub.

Yeni, müasir tipli avadanlıqla tam təchiz olunmuş təyyarə 5 nəfər sərnişin üçün nəzərdə tutulub. Uçuş zamanı sərnişinlərin təhlükəsizliyi, biznes-klasslara cavab verən bütün tələblər yerinə yetiriləcək.


Baxış sayı: 2801 | Tarix: 05.04.2017
Bizi Telegramda izləyin: @repostaz