Rusiya üçün qəribə olay baş verib.

Milli.Az "Mirror"a istinadla bildirir ki, bəkarətini ginekoloqun masasında həkimin səhvinə görə itirən qadın xəstəxananı məhkəməyə verib. O, məhkəməni udub və 1400 manat təzminat alıb.

Adı açıqlanmayan qız məhkəmədə deyib.

"Ağrılarım olduğuna görə ginekoloqa getdim. Ona bildirdim ki, mən bakirəyəm və heç vaxt cinsi əlaqədə olmamışam. Çünki bakirəlik mənim inanclarıma görə önəmlidir. Bizim inanclara görə, ailə qurmadan öncə bakirəliyin pozulması qadağandır. 

Həkimin müayinəsi zamanı güclü ağrı hiss etdim və həkimin əlində qan gördüm. Ondan nə baş verdiyini soruşduqda isə mənə heç bir problemin olmadığını söylədi.

Xəstəxanadan çıxdıqdan sonra özümü qəribə hiss edirdim. Bir müddət sonra şübhələrimdən qurtulmaq üçün özəl xəstəxanaların birinə getdim. Burada mənə dedilər ki, qızlıq pərdəsi cırılıb. 

 

Sanki, həyatım gözümün önündən keçdi. Günlərlə otağımdan çıxmadım. Bütün günü ağlayırdım. Nələr çəkdiyimi bir Allah, bir də anam bilirdi.

Mən bu vaxtlar nişanlı idim. Nişanlım bundan xəbər tutanda mənə inanmadı və nişanı qaytardı.

Mən düşündüm ki, niyə hansısa həkimin səhvinə görə günlərlə ağlamalı, təhdid olunmalıyam? Buna görə də məhkəməyə müraciət etdim".

Qeyd edək ki, onun bakirəliyinin pozulduğu xəstəxananın baş həkimi olan erməni ondan üzr istəmək təklifini rədd edib və məsələ ilə bağlı açıqlama verməyib.


Baxış sayı: 2991 | Tarix: 05.04.2017
Bizi Telegramda izləyin: @repostaz