Ermənistan ordusunun hərbçisi yaralanıb.
 
Ermənistan Müdafiə Nazirliyi dekabrın 4-də saat 02:50 radələrində N saylı hərbi hissənin əsgərinin yaralandığı barədə məlumat yayıb.
 
İdarədən verilən məlumata görə, əsgərin vəziyyəti stabil-ağır qiymətləndirilir. Hazırda yaralının həyatı üçün təhlükə yoxdur.
 
Müdafiə Nazirliyindən əlavə ediblər ki, hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır.

Baxış sayı: 10059 | Tarix: 04.12.2023
Bizi Telegramda izləyin: @repostaz