Kreml Rusiya Prezidenti Vladimir Putinin Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı barədə məlumat yayıb.
 
APA-nın Moskva müxbiri Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, telefon danışığı zamanı Putin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı 70 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edib, onun ölkəsində və xaricdə yüksək nüfuzunu, türk xalqının mənafeyi naminə uzun illər dövlət fəaliyyətini, xüsusən də Türkiyənin beynəlxalq aləmdə möhkəmləndirdiyin qeyd edib.
 
Putin Ərdoğanın Rusiya-Türkiyə dostluq münasibətlərinin inkişafına mühüm şəxsi töhfəsini də vurğulayıb.
 
Telefon danışığı zamanı ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə qarşılıqlı sadiqlik təsdiqlənib. Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi razılaşdırılıb.

Baxış sayı: 6449 | Tarix: 26.02.2024
Bizi Telegramda izləyin: @repostaz