İran hərbi aviasiyası pilotsuz uçuş aparatları gecə İsrailə hücum edib. 
 
Eyni vaxtda Livandan və İrandan İsrailə 200-ə yaxın pilotsuz uçuş aparatı, ballisitik raket atılıb. 
 
Lakin hücuj uğursuz olub. İran raketləri İsrail sərhədinə çtmamış Dəmir Kümbəz, ABŞ və İngiltərə təyyarələri tərəfindən məhv edilib. 
 
Raket və dronların əksəriyyəti İordaniya və İraq üzərində vurulub. 
 
İranın hücumun uğurlu alınmasına dair bəyanatlarına baxmayaraq İsraildə heçm bir təlafat və  dağıntı qeydə alınmayıb. Yalnız İsraildə hava həyəcanı siqnalından sonra 30 nəfərə tibbi xidmət göstərilib.
 
İsrail Müdafiə Qüvvələrinin komandanlığının yaydığı məlumata görə, insanlardan çoxu panika səbəbindən və qaçarkən zədələndiyindən həkimə müraciət edib.
 
Bildirilib ki, İrandan raket və pilotsuz uçuş aparatıi hücumundan sonra sakinlərə sığınacaqları tərk etməyə icazə verilib.
 
Dəfələrlə İsraili yer üzündən silməklə hədələyən molla rejimi isə uğursuz hücum əməliyyatından sonra BMT-yə müraciət edərək İsraillə münasibətləri kəskiunləş.dirmək istəmədiyini bəyan edib. 
 
İsrail isə İranəın hücumlarına cavab veriləcəyini bəyan edib və gecə ilə Livandakə Hizbullah hıdıəflərini darmadağın edib.
 

Baxış sayı: 6259 | Tarix: 14.04.2024
Bizi Telegramda izləyin: @repostaz