Rusiya tərəfindən işğal edilmiş Ukraynanın Krım Muxtar Respublikasının Baxçasaray şəhərində Rusiya Milli Qvardiyası, Federal Təxlükəsizlik Xidməti (FSB) Krım tatarlarının evini mühasirəyə alıb, basqın təşkil edib və hal-hazırda axtarışlar aparırlar.
 
Bunu RePost.Az-a açıqlamasında Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Sədri Daşqın Gülməmmədov deyib.
 
O, qeyd edib ki, bu saatlar ərzində Rusiya Federal Təhlükəsizlik Xitməti və Daxili İşlər Nazirliyinin əməkdaşları hazırda Baxçasarayda evlərə girib, tatarları həbs edir, küçələri mühasirəyə alırlar. Əməliyyata xüsusi olaraq Rusiya Milli Qvardiyasının hərbiçiləri cəlb ediliblər. "Bu o, demıkdir ki, əməliyyat birbaşa Moskvadan gəlmiş xüsusi əmrə əsasəsn həyata keçirilir. Müxtəlif mənbələrdən alınmış məlumatlar tam təsdiq edir ki, əsas axtarışlar krım tatarları Sərvər Mustafayev və Riza Mujdabayevin evilərində aparılır. Ukraynanın işğal edilmiş Krım Muxtar Respublikasında, krım tatarlarının evlərində və mülklərində bu tipli basqın və qəfil axtarışlar artıq mütəmadi hal almaqdadır", - Daşqın Gülməmmədov bildirib.
 
RePost.Az
 

Baxış sayı: 3219 | Tarix: 13.04.2017
Bizi Telegramda izləyin: @repostaz