ABŞ-da sabiq preizdent və prezidentliyə namizəd Donald Tramp sui-qəsdə uğrayıb.
 
Donald Tramp Pensilvaniyada keçirilən mitinqdə çıxışı zamanı ona atəş açılıb.
 
Hadisədən sonra Tramp təhlükəsizlik tədbirləri ilə ərazidən uzaqlaşdırılıb. 
 
“The Washington Post“un prokurorluğa istinadən yaydığı məlumata görə hadisə zamanı şübhəli bilinən şəxs polis tərəfindən zərərsizləşdirilib.
 
Trampın sözçüsü Stiven Çuna Trampın yaralanandan sonra tibbi müayinədən keçdiyi və vəziyyətinin yaxşı olduğunu bildirib.

Baxış sayı: 9394 | Tarix: 14.07.2024
Bizi Telegramda izləyin: @repostaz