Belarusun raket və artilleriya qoşunlarına aid hərbi texnika birgə təlimlərdə iştirak üçün Rusiyaya göndərilib.
 
Bu barədə Belarus Müdafiə Nazirliyi açıqlama yayıb.
 
Bildirilib ki, təlimlər zamanı döyüş şəraitində raket komplekslərindən, eləcə də reaktiv yaylım atəş sistemlərindən hədəfin vurulması kimi tapşırıqlar icra olunacaq.

Baxış sayı: 10344 | Tarix: 13.08.2024
Bizi Telegramda izləyin: @repostaz