Cənubi Afrikanın Paddok şəhərində qadın yeni doğulan körpəsini öldürmək istəyib.

RePost.Az  milli.az-a istinadla bildirir ki, o, dünyaya gətirdiyi körpənin üzərinə torpaq atıb, taxta ilə örtərək onu basdırmaq istəyib.

Lakin uşaq möcüzəvi şəkildə sağ qalıb. Yaxınlıqdakı fabrikdə işləyən fəhlələr 3 gün sonra çağa səsi eşidiblər.

Səsə doğru gedən fəhlələr körpəni xilas ediblər. Uşaq xilas olduqdan sonra polis məsələ ilə bağlı araşdırma aparıb. Onu öldürmək istəyən 25 yaşlı qadın saxlanılıb.

Qadın ifadəsində bildirib ki, ailəsi uşaq istəmədiyinə görə belə bir üsula əl atıb.


Baxış sayı: 2839 | Tarix: 22.04.2017
Bizi Telegramda izləyin: @repostaz