Rusiya Prezidenti Vladimir Putin Moskva və Kiyev arasında danışıqların yubanmadan mayın 15-də İstanbulda başlanmasını təklif edib.

Rusiya lideri mövqeyini Kremldə keçirilmiş mətbuat konfransında ifadə edib.

“Təklif edirik ki, danışıqlar ləngimədən, gələn cümə axşamı, mayın 15-də İstanbulda başlansın. Əvvəllər keçirildiyi və dayandırıldığı yerdə. Məlum olduğu kimi, türkiyəli həmkarlarımız dəfələrlə belə danışıqların təşkilində kömək təklif ediblər və Prezident Ərdoğan onların təşkili üçün çox iş görüb”, – ölkə başçısı qeyd edib.

O həmçinin sabah türkiyəli həmkarı ilə danışıqlar aparacağını açıqlayıb.

“Mən ondan Türkiyədə danışıqların keçirilməsi üçün belə bir imkan yaratmasını xahiş etmək istəyirəm”, – Putin söyləyib (Report).


Baxış sayı: 692 | Tarix: 11.05.2025
Bizi Telegramda izləyin: @repostaz