PKK terror təşkilatı özünü buraxdığını açıqlayıb.

RePost.Az "Haber Global"a istinadən xəbər verir ki, 1978-cü ildə yaradılan və 1984-cü ildə ilk terror aktını həyata keçirən qruplaşma özünü buraxdığını elan edib.

"PKK Abdullah Öcalanın fevralın 27-də verdiyi bəyanatla əlaqədar qurultay təyin edib. Qruplaşmanın XII qurultayında PKK adı altında aparılan işlərə son qoyulduğu ilə bağlı qərar qəbul edilib", - yayılan məlumatda qeyd olunub.


Baxış sayı: 293 | Tarix: 12.05.2025
Bizi Telegramda izləyin: @repostaz