Tehran hadisələri terrorçuların öldürülməsi ilə sona çatıb.

 

RePost.Az  İran mərbuatına istinadən xəbər verir ki, bu barədə İran İslam Respublikasının  Daxili İşlər Nazirliyinin nizam intizam və təhlükəsizlik müavini Hüseyn Zülfüqari məlumat verib.


Onun sözlərinə görə,  bu gün Xomeyninin ziyarətgahı kompleksi və Parlamentdə törədilən terror aktında 12 nəfər həyatını itirib və 42 nəfər yaralanaraq xəstəxanalara çatdırılıb.


 Milli təhlükəsizlik və polis xüsusi təyinatlılarının birgə keçirdiyi əməliyyatda parlament binasında olan 4 terrorçu öldürülüb, biri isə saxlanılıb.  Zülfüqarinin dediyinə görə , terroçular qadın geyimində parlamentə daxil olublar. Hal-hazırda parlament binasında və Xomeyni ziyarətgahında tühlükəsizlik tədbirləri həyata keçirilir. Ölkədə polis fövqəladə vəziyyət rejiminə keçib.


Baxış sayı: 3960 | Tarix: 07.06.2017
Bizi Telegramda izləyin: @repostaz