“Azərbaycanın müsəlman əhalisi sionist rejimə nifrət edir. Elə buna görə də onlar öz hökumətlərinin bu addımından narazı qalacaqlar və ölkə rəsmilərini bu baxımdan tənqid edəcəklər”.

RePost.Az Gunaz.Tv saytına istinadən xəbər verir ki, bunu İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin İsrailin baş naziri Benyamin Netanyahunun Bakı səfərini şərh edərkən deyib. O deyib ki, Netanyahu bu səfərlə Tehran-Bakı münasibətlərinin müsbət prosesinə xələl gətirməyə cəhd göstərir. “Biz, Azərbaycan Cumhuriyyətinin bu səfərlə razılaşacağını gözləmirdik. Çünki Azərbaycan, müsəlman ölkələri birliyinin üzvüdür. Birlik üzvlərinin razılaşmasına əsasən, müsəlman ölkələri sionist rejimlə münasibət qurmaqdan və onun beynəlxalq təcriddən çıxmasına yardım edən hər hansı bir addım atmaqdan çəkindiriliblər”, - pakayin əlavə edib.

Keçmiş səfir deyib ki, İsraildəki rejim Fələstini işğal etdiyinə və yerli sakinlərə qarşı törətdiyi cinayət və soyqırıma görə dünya ölkələrindən, o cümlədən də müsəlman ölkələrindən təcrid edilib. Məhz buna görə də, Netanyahu müsəlman ölkələrinə səfər etməklə bir tərəfdən törətdiyi cinayətləri ört-basdır etməyə, digər tərəfdən də ölkəsini boykotdan çıxarmağa çalışır. Netanyahunun bu kimi səfərlərə ehtiyacı var. Sionist rejimin baş nazirinin Azərbaycana və Qazaxıstana səfərindən başlıca hədəfi də bununla bağlıdır.

Pakayin həmçinin öz torpaqlarının işğalından ziyan görən bir ölkənin, işğalçı və cinayətkar bir rejimə ev sahibliyi etməsindən təəəcübləndiyini bildirib: “Hesab edirəm ki, heç bir müsəlman ölkəsi sionist rejimlə strateji münasibətlər qura bilməz. Çünki bu rejim, islam dünyasının təhlükəsizliyinə qarşı ən böyük təhdiddir. Bu rejim, müsəlmanların ilk qibləsini işğal edib, hər gün də müsəlmanlara qarşı yeni cinayətlər törədir. Məhz buna görə düşünürəm ki, Bakı ilə Tel-Əviv münasibətləri strateji xarakter daşımayacaq. Bir sözlə, Netanyahunun bu səfəri məğlubiyyətə uğrayacaq”-Pakayin deyib.

RePost.Az


Baxış sayı: 2269 | Tarix: 13.12.2016
Bizi Telegramda izləyin: @repostaz