Güney Azərbaycanın Muğan bölgəsinin Parsabad şəhərində, tanınmış siyasi məhbus Siyamək Mirzayinin azadlığa buraxılması tələbi ilə divarlara şüarlar yazılıb.

RePost.Az GünAz TV-yə istinadən xəbər verir ki, şəhərin müxtəlif məhəllərində, divarlara “Siyamək Mirzayi azad olsun”, “Yaşasın Azərbaycan”, “Azərbaycan igidi Siyamək Mirzayiyə azadlıq” şüarları yazılıb, qanunsuz həbsinə etiraz olaraq, xordadın 27-dən Tehranın Evin zindanında aclığa başlayan azərbaycanlı məhbusun dərhal azadlığa buraxılması tələb edilib.

RePost.Az


Baxış sayı: 3048 | Tarix: 22.06.2017
Bizi Telegramda izləyin: @repostaz